Ermənistanda Azərbaycan dilini öyrədən ilk tədris mərkəzi açılıb. 

Unikal.org xəbər verir ki, "Azerbaijani Language Center" adlı mərkəzin rəhbərliyi hesab edir ki, bu dili yalnız xüsusi xidmət orqanlarının əməkdaşları deyil, sadə vətəndaşlar da bilməlidir. 

Müşahidələrə görə, yeni açılan dil kursuna böyük maraq var. Bildirilib ki, sözügedən məkanda tələbələrə dilimizin qrammatikası və cümlə qurma formaları öyrədilir.

Ağarza Elçinoğlu