Rusiya Prezidenti Vladimir Putin koronavirus əleyhinə peyvənd vurdurmağı məcbur edən şirkətlərə sərt xəbərdar edib.

Unikal.org "TASS"a istinadən xəbər verir ki, Rusiya lideri insanları vaksinasiyaya məcbur edən və peyvənd edilməyənləri işdən çıxarmaqla hədələyən şirkətlərə işdən çıxarmağı qadağan edib.

Sərt xəbərdarlıqlar edən Putin açıqlamasında "Azad və suveren bir ölkəyik. Heç kim vaksinasiyaya məcbur edilməməlidir. İnsanları işdən çıxarmaq üçün edilən təzyiqlər qəbuledilməzdir" - deyə qeyd edib.