Hollandiyanın paytaxtı Amsterdamda minlərlə insan ölkədə tətbiq olunan Covid-19 məhdudiyyətlərinə etiraz edib.
Unikal.org xəbər verir ki, paytaxtın Dam Meydanına toplaşan etirazçılar 7 kilometr yürüş keçiriblər.
Təxminən 4 saat davam edən etiraz aksiyasının Maykl Reijinga adlı müxalif tərəfindən təşkil edildiyi bildirilir. Əraziyə çox sayda polis qüvvələri cəlb olunub. Etirazçılarla polislər arasında qarşıdurma yaranıb. Lakin bir müddət sonra etiraz tamamilə dağıdılıb.
Qeyd edək ki, Hollandiyada 20 Sentyabrdan etibarən Covid-19 pasportu və bəzi məhdudiyyələr qüvvəyə minəcək.
Gülayə Mecid