Rusiya ordusunun ehtiyat qüvvələrinin sayı artırılacaq.
Unikal.org "RİA novosti"yə istinadən xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, nazirlik Rusiyada ehtiyatda olanların sayının hazırda nə qədər olduğunu və onların sayının nə qədər artırılmasının planlaşdırıldığını açıqlamayıb.
Qeyd edək ki, bundan öncə Rusiya ordusunun Cənub Hərbi Dairəsində 38 min nəfərlik ehtiyat ordu bölməsinin yaradılmasının planlaşdırıldığı bildirilmişdi.
Ağarza Elçinoğlu