“Taliban” hərəkatının nümayəndəsi Zabiulla Mücahid Əfqanıstanda müharibənin bitdiyini bəyan edib
Unikal.org xəbər verir ki, bu barədə o, brifinqdə deyib.
"Əfqanıstanda müharibə bitdi. İndi ölkəni yenidən qurmaq üçün birlikdə çalışacağıq", - Mücahid vurğulayıb.
O daha əvvəl Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin tamamilə “Taliban”ın nəzarətinə keçdiyini söyləyib. Müqavimət qüvvələri isə bu xəbəri təkzib ediblər.