ABŞ-ın sabiq prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərinə yenidən namizədliyini irəli sürəcək.
Unikal.org CNN-ə istinadən xəbər verir ki, bununla bağlı xəbərlər Amerika mediasında gündəm yaradıb. Diqqətçəkən başqa bir məqam isə Trampın həyat yoldaşı Melaniya Trampdan gəlib. Belə ki, 2024-cü il seçkilərinə hazırlaşan və "sürprizlərə hazır olun" mesajını verən Trampın bu açıqlamalarına baxmayaraq, Melaniya Tramp "Yenidən birinci xanım olmaq arzum yoxdur", - deyə ifadə işlədib.
CNN-də yer alan xəbərlərə görə, Melaniya Tramp seçki mitinqlərinə və bu prosesə yenidən girmək istəmədiyini açıq şəkildə bildirib.
Gülayə Mecid