Rusiya Federasiyasının Tıva Respublikası və İrkutsk vilayəti ərazilərində zəlzələ olub.

Unikal.org TASS-a istinadən xəbər verir ki, zəlzələ Şərqi Sayan rayonu ərazisində qeydə alınıb.

Yeraltı təkan Rixter şkalası ilə 6,2 balla qiymətləndirilib.

Fəsadlarla bağlı məlumat yoxdur.