Konqo Demokratik Respublikasında Mapasana kəndində 30 mülki şəxsin cəsədi aşkarlanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin üsyançılar tərəfindən həyata keçirildiyi bildirilib.
Ölkənin şərqində fəaliyyət göstərən ADF-nin hücumları nəticəsində 2014-cü ildən bu yana ən az 6000 mülki şəxsin öldüyü təxmin edilir.
Ruanda, Uqanda və Burundi ilə sərhədin yerləşdiyi ölkənin şərqində 20 ildir qızıl və kobalt kimi mədənlərə nəzarət etməyə çalışan silahlı qrupların hücum və toqquşmalarına səhnə olub.Silahlı qrupların hücumu nəticəsində minlərlə dinc sakin həyatını itirib.