Rusiyanın Federal Təhlükəsizlik Xidməti İnquşetiyada "İŞİD" terror təşkilatının 4 tərəfdarını saxlayıb.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi açıqlayıb.

Məlumata əsasən, saxlanılan şəxslər İnquşetiyada terror aktları törətməyə, həmçinin müxtəlif partlayıcı qurğulardan istifadə edərək hüquq-mühafizə orqanlarının nümayəndələrinə hücum etməyə hazırlaşıblar. 

Həmçinin saxlanılan şəxslərin üzərindən odlu və soyuq silah, əldəqayırma partlayıcı qurğular və s. aşkar olunaraq götürülüb. 

Qeyd olunub ki, saxlanılan şəxslər Rusiya vətəndaşıdırlar. Onlar haqqında cinayət işi başladılıb.

Ağarza Elçinoğlu