Fransa millisinin futbolçusu olan Jean-Pierre Adams vəfat edib.
Unikal.org xəbər verir ki, 73 yaşlı Jean-Pierre Adams 39 il komada olduğu bildirilib. Belə ki, Adams menisküs əməliyyatı zamanı anesteziya səhvindən sonra 17 Mart 1982-ci ildə komaya düşüb.
Həyatı boyunca komada olan futbolçu ara-sıra gözlərini açıb, lakin heç vaxt komadan tam çıxmayıb. 39 il ərzində Adamsın həyat yoldaşı ona qulluq edib.
Qeyd edək ki, 1972-1976-cı illərdə Fransa Milli Komandasında 22 dəfə oynayan futbolçunun Nimes Universiteti Xəstəxanasında dünyasını dəyişdiyi açıqlanıb.
Gülayə Mecid