"Taliban" radikal qruplaşması bütün Əfqanıstan ərazisinə nəzarət edir".
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu müqavimət hərəkatının lideri Əhməd Məsud yaydığı səs yazısında deyib. O, Pəncşir vilayətinə nəzarətin "Taliban"a keçdiyini etiraf edib.
"Mənim ailə üzvlərim dünən hücum nəticəsində öldürülüb. Bütün xalqı "Taliban" əleyhinə etirazlar keçirməyə səsləyirəm"- deyə müraciətdə deyilib.
Məsud silahlı mübarizəni sona qədər davam etdirəcəklərini də əlavə edib.
Ağarza Elçinoğlu