Krımda Rusiya tərəfindən qadağan edilmiş  Tatar Milli Məclisində həbslər davam edir.

Unikal.org xəbər verir ki,   Krım Parlamenti ilə əlaqələri olduğu müəyyən edilən sədr müavini Nəriman Cəlal da daxil olmaqla 5 Krım Tatar türkü Rusiya Kəşfiyyat Xidməti (SBU) tərəfindən saxlanılıb. 

Belə  ki, Sevastopolda həbslərə etiraz olaraq etiraz aksiyası təşkil edilib. Polislərlə krım tatarları  arasında qarşıdurma yaranıb.  Nümayiş zamanı 45-dən çox adam nəzarətə alındıqca bölgədə gərginlik artıb. 

Saxlanılanlar arasında Krım Konqresinin sədri Zair Smedlyayev və Krım Parlamentinin üzvü Lemmar Yunusov kimi adların olduğu bildirilir. 

Gülayə  Mecid