Rusiya Əfqanıstanın yeni hökumətinin tərkibinin elan edilməsi mərasimində məmnuniyyətlə iştirak edəcək.
Unikal.org xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə deyib.
"Biz təkcə puştunlar deyil, “Taliban” və digər etnik qruplar - özbəklər, xəzərlər, taciklər daxil olmaqla Əfqanıstan cəmiyyətinin bütün spektrini əks etdirəcək hökumətqurma prosesini dəstəkləmək istəyirik. Yalnız belə bir əhatəli hökumət yeni həyata keçidi təmin edə bilər. Bu baş verərsə, hesab edirəm ki,ölkədəki vəziyyətə təsir edən digər dəvət olunmuş dövlətlərlə birlikdə belə bir mərasimdə məmnuniyyətlə iştirak edəcəyik", - Lavrov əlavə edib.