Amerika hərbi sənayedə yeniliklərini davam etdirir. Bu günlərdə məlum olub ki, ABŞ Hərbi Dəniz Qüvvələri insanı susdura bilən elektron cihaz hazırlayıb.

Unikal.org xəbər verir ki, bu barədə "Popular Mechanics" məlumat yayıb. Məqalədə qeyd edilir ki, cihaz qeyri-adi xüsusiyyətləri ilə diqqət çəkir və o uçan aparatlar üçün nəzərdə tutulmayıb. AHAD (Akustik pozuntu və narahatlıq-red.) adı alan elektron silah İndianadakı Dəniz Elmi Tədqiqat Mərkəzinin mühəndisləri tərəfindən hazırlanıb və o natiqin konsentrasiyasını poza bilir. Hədəfdə olan şəxsin danışmağa davam etməsi çətinləşir və silah sayəsində gecikdirilmiş eşitmə əlaqəsi yaradılır. Bu həm də normal nitq qavrayışını dəyişir. Bir sözlə, qurğu insanın danışığını çətinləşdirir.