Ötən həftə sonuncu ABŞ əsgərlərinin bölgədən çıxarılması ilə ABŞ-ın Əfqanıstandakı 20 illik varlığı sona çatdı.
Unikal.org xəbər verir ki, ABŞ-ın respublikaçı senatoru Lindsey Graham mövzu ilə əlaqədar açıqlamalar verərək, Amerika ordusunun yaxın gələcəkdə Əfqanıstana dönə biləcəyini söyləyib.
Bildirilib ki, senator Baydenin geri çəkilmə əməliyyatı ilə əlaqədar bütün tövsiyələrə məhəl qoymadığını iddia edərək, ABŞ-ın Əfqanıstana qayıtmaqdan başqa çarəsi olmadığını söyləyib.
"Başqa çarəmiz yoxdur, Əfqanıstana qayıdacağıq" - L.Graham qeyd edib.
Ağarza Elçinoğlu