Hindistan həkimlərinin Nipah virusu ilə əlaqədar ilk ölümün qeydə alındığı xəbəri yayılıb.
Unikal.org xəbər verir ki, Kerala ştatında 12 yaşlı oğlan vəziyyəti ağırlaşdıqdan sonra vəfat edib.
Yerli hakimiyyət orqanları virusun yayılmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görür.
12 yaşlı oğlanın ölümü ilə əlaqədar olaraq yerli hakimiyyət orqanları Kerala əyaləti ilə sərhəddəki 9 rayonda vəziyyəti izləməyə başlayıblar. Hökumət bölgəyə xəstəliklərə nəzarət üzrə milli mərkəzdən mütəxəssislər göndərib.
Xatırladaq ki, Nipah virusu yerli yarasalarda bu ilin iyun ayının sonunda aşkarlanıb.
Qeyd edək ki, yarasa virusu NiV (Nipah), yoluxduqda tənəffüs yollarının xəstəliklərinə və bəzi hallarda beynin iltihabına səbəb olur.
Ağarza Elçinoğlu