ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Xovayev Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, görüş İ.Xovayevin Ermənistana səfəri çərçivəsində gerçəkləşdirilib.

Qeyd edək ki, yeni təyin olunan rusiyalı həmsədr İ.Xovayevi avqustun 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qəbul etmişdi.