“Taliban” hərəkatının nümayəndəsi Zabiullah Mücahid Əfqanıstanda müharibənin bitdiyini açıqlayıb.
“Əfqanıstanda müharibə bitdi. İndi ölkəni yenidən qurmaq üçün birlikdə çalışacağıq”, - deyə o bildirib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bundan əvvəl Mücahid Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin tamamilə “Taliban”ın nəzarətinə keçdiyini söyləyib. Əhməd Şah Məsudun oğlunun başçılıq etdiyi yerli müqavimət qüvvələri bu xəbəri təkzib etdilər.
Mücahid hərbi əməliyyatlar zamanı Pəncşirdəki dinc sakinlərin xəsarət almadığını da qeyd edib:
“Pəncşirin fəthi zamanı mülki şəxslərə heç bir zərər dəymədi, ancaq kommunikasiyanın kəsilməsi və yolların bağlanması səbəbindən insanlara dəyən zərərə Pəncşir Vadisini iğtişaş yuvasına çevirmək istəyənlər səbəb oldu. İnsanlara dəyən ziyana görə üzr istəyirik”, - deyə o “Twitter” hesabında yazıb.