Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 271 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 301 164 nəfər test edilib, onların 20 962-nin koronavirus testi pozitiv nəticə verib, 29 327 nəfər sağalıb.
Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil 97 113 297 peyvənd tətbiq edilib ki, bunun da 80,47 faizi birinci mərhələ vaksinasiya olunanlardır.