Çili hökuməti koronavirus əleyhinə peyvəndin 6 yaşdan yuxarı uşaqlarda istifadə edilməsinə icazə verib.

Unikal.org xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

Cənubi Amerika ölkəsi 12 yaşdan yuxarı uşaqlar üçün “Pfizer/BioNTech” vaksininin istifadəsinə icazə vermişdi, may ayından etibarən 654,053 nəfər ən azı birinci dozanı qəbul edib.

Çilidə koronavirusa yolunxanların sayı nəzərəçarpacaq dərəcədə azalıb. 19 milyon əhalinin yaşadığı ölkədə son sutkada sadəcə 435 nəfərdə bu virus aşkar edilib.