Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 400 mindən çox olub.
Unikal.org Worldometers-ə istinadən xəbər verir ki, ötən sutka ərzində daha 6 min 664 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 221 milyon 956 min 94, ölənlər isə 4 milyon 588 min 292 nəfərə çatıb.
Ötən sutka ərzində virusa ən çox yoluxma halı Böyük Britaniyada (41 min 192 nəfər), bu xəstəlikdən ölüm faktı isə Rusiyada (790 nəfər) qeydə alınıb.
Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (40,8 milyon), Hindistan (33 milyon), Braziliya (20,8 milyon), Rusiya (7 milyon), Böyük Britaniya (7 milyon), Fransa (6,8 milyon) və Türkiyədə (6,5 milyon) qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.