Mərakeşdə koronavirus hadisələrinin artması səbəbindən yeni dərs ilinin başlanması təxirə salınıb.
Unikal.org xəbər verir ki, 10 sentyabrda başlanılacaq tədris, oktyabra qədər uzadılıb. Bu barədə Mərakeş Təhsil Nazirliyi məlumat paylaşıb. Belə ki, nazirlik, "Dövlət, özəl və xarici məktəblərdə təhsilin başlanmasının 1 oktyabr 2021-ci il tarixinə təxirə salınmasına qərar verildi", - deyə bildirib.
Sözügedən addımın COVID-19 epidemiyasına yoluxma hallarının artması səbəbindən atıldığını ifadə edilib.
Gülayə Mecid