Gürcüstanda ötən sutkada daha 1 965 nəfərə koronavirus diaqnozu qoyulub, 3 996 nəfər sağalaraq evə buraxılıb.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Son 24 saat ərzində virusun səbəb olduğu ağırlaşmalardan daha 50 nəfər vəfat edib.
Hazırkı dövrədək qonşu ölkədə 567 922 nəfərin COVID-19 infeksiyasına yoluxduğu müəyyən olunub. Onların 523 669-u sağalıb, 7 917-si isə ölüb.