Çində yerləşən "Sinovac" peyvənd şirkəti tərəfindən hazırlanan COVID-19 peyvəndi tətbiq yaşını 6-ya endirib.
Unikal.org xəbər verir ki, bundan sonra Çilidə koronavirus əleyhinə peyvənd yaşı 6-ya endirilib. Çili Xalq Sağlamlığı İnstitutunun verdiyi açıqlamaya görə, sözügedən peyvəndin 6 yaş və daha böyük insanlara tətbiq üçün təsdiq edilib.
İnstitut tərəfindən toplanan qiymətləndirmə panelindəki mütəxəssislərdən 5-i 6 yaşdan yuxarı uşaqlara peyvənd vurulmasının lehinə, 2-si yalnız 12 yaşdan yuxarı uşaqlara verilməsinin lehinə, 1-i isə əlehinə səs verib.
Bildirilib ki, qərar səs çoxluğu ilə qəbul edilib.
Ağarza Elçinoğlu