ABŞ-ın pilotsuz uçuş aparatları və hava qüvvələri, 2001-ci il 11 sentyabr terror hücumlarından bu yana ən azı 22 min sivilin, ümumilikdə isə 48 minə yaxın insanın ölümünə səbəb olub.
Unikal.org "Guardian"a istinadən xəbər verir ki, aparılan araşdırmalara görə, ABŞ ordusu 2001-ci ildən bu yana təxminən 100 min hava zərbəsi endirib.
ABŞ və müttəfiqləri isə mülki şəxslərin ölüm və yaralanmalarını minimuma endirmək üçün çox səy göstərildiyini israr edərək, hava zərbələrini terrorla mübarizə zamanı endirdiklərini qeyd edib.
Bildirilib ki, ən çox mülki şəxs 2017-ci ildə, ABŞ-ın "İŞİD" əleyhinə keçirdiyi anti-terror əməliyyatları nəticəsində qeydə alınıb.
Ağarza Elçinoğlu