Türkiyənin Antalya şəhərində 4.5 bal gücündə zəlzələ qeydə alınıb.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Antalyanın Kumluca ərazisində yerli vaxtla saat 14:14-də qeydə alınıb. Zəlzələnin episentri 26,2 km dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat qeydə alınmayıb.
Gülayə Mecid