Bu gündən etibarən bitcoin kriptovalyutası Salvadorda qanuni ödəniş vasitəsi olub.
Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bununla da Salvador dünyada bitkoini ödəniş vasitəsi olaraq qəbul edən ilk ölkə olaraq tarixə düşüb.
Qeyd olunub ki, kriptovalyutanın istifadəsi ölkə vətəndaşlarına xaricdən əmək miqrantlarının vəsaitlərini köçürərkən komissiya xərclərinə milyardlarla dollar qənaət etməyə imkan verəcək. Eyni zamanda, kriptovalyutaya keçid çirkli pulların yuyulmasını asanlaşdıracaq.
Ağarza Elçinoğlu