Rusiya Prezidenti Vladimir Putin Uzaq Şərq səfərindən sonra müdafiə naziri Sergey Şoyqu ilə tayqaya istirahətə yollanıb.
Unikal.org xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“O, həqiqətən də Şoyqu ilə oradadır. Getdikləri yeri deməyəcəyəm. Sibirdir. Adi istirahət – tayqa, dağlar, gəzinti, təmiz hava və s.” - Peskov bildirib.
Onun sözlərinə görə, Putin sabah günün ikinci yarısı Moskvaya qayıdacaq.
Qeyd edək ki, Putin və Şoyqunun birlikdə istirahətə yollanmaları ilk dəfə deyil.