"Təkcə may ayından bəri əsir götürülmüş ən azı 6 erməni hərbçimiz var, təkcə may ayından bəri ən azı 6 öldürülmüş hərbçimiz var".
Unikal.org xəbər verir ki, bunu erməni ictimai xadim Tiqran Vardanyan bildirib.
"Artıq bir ildir dəfn edilməmiş, hələ də kartof kisələrində saxlanılan əsgərlərimiz var. Artıq təxminən bir ildir Şuşada Azərbaycan bayrağı dalğalanır. Təxminən bir ildir müharibənin səbəbləri, nəticəsi və nəticələri istisna olmaqla hər şey ictimaiyyəti narahat edir", - deyə o qeyd edib.
Ağarza Elçinoğlu