Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti bərpa olunacaq.
Unikal.org "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, paytaxt Tbilisi və Gürcüstanın digər böyük şəhərlərində ictimai nəqliyyatın fəaliyyəti sentyabrın 13-ü bərpa olunacaq.
Qeyd edək ki, Gürcüstanda koronavirusun yayılmasına qarşı mübarizə aparmaq məqsədilə avqustun 14-dən sentyabrın 4-nə qədər ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Daha sonradan bu qərar sentyabrın 13-nə kimi uzadılıb.
Ağarza Elçinoğlu