Liviya xüsusi xidmət orqanları Bəni-Vəlid şəhərində İŞİD-in ən təhlükəli terrorçularından sayılan Umbarak Xəzmini ələ keçiriblər.

Unikal.org xəbər verir ki, bu barədə “Lybia Observer” nəşri məlumat yayıb.

Məlumata görə, Xəzmi Bəni-Vəlid şəhərinə terrorçuların yerləşdirilməsindən məsul imiş.

Liviya Baş naziri Əbdülhəmid Dibeybə bildirib ki, indi hüquq-mühafizə orqanlarının əməkdaşları terrorla mübarizəni gücləndirmək üçün vacib məlumatlar əldə edə biləcəklər.