Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.
Bu barədə Unikal.org-a Nazirlər Kabinetindən məlumat verilib.
Baş nazir Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçevin faciəli surətdə həlak olması xəbərindən kədərləndiyini bildirib, Rusiya Hökumətinin sədrinə, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.