"Hakim Yeni Azərbaycan Partiyasının (YAP) son qurultayında qəbul olunmuş yeni Nizamnaməyə görə, şəhər və rayon təşkilatlarının sədrləri ikinici vəzifə tuta bilməzlər. Bura həmçinin parlamentdə təmsilçilik də daxildir"
Unikal.org xəbər verir ki, bu sözləri YAP Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev Feysbuk statusunda yazıb. N.Həmzəyev bildirib ki, sonuncu qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yenidən böyük etimad göstərilərək Yeni Azərbaycan Partiyası Nəzarət komissiyasının üzvü seçilib və bu səbəbdən YAP Gəncə şəhər təşkilatının sədri vəzifəsinə namizədliyi irəli sürülməyəcək.