Avropa İttifaqı (Aİ) Şurası səyahət məhdudiyyətlərinin ləğv edilməli olduğu “təhlükəsiz ölkələr” siyahısına dəyişiklik edib.
Unikal.org xəbər verir ki, bu barədə Aİ-nin saytında məlumat yayılıb.
Qərara əsasən Uruqvay “təhlükəsiz ölkələr” siyahısına əlavə ediib, Albaniya, Ermənistan, Azərbaycan, Bruney Darüssəlam, Yaponiya və Serbiya isə siyahıdan çıxarılıb.
Qeyd edək ki, “təhlükəsiz ölkələr” siyahısından çıxarılan ölkələrin vətəndaşlarına Şengen zonasına daxil olarkən bir sıra məhdudiyyətlər tətbiq edilə bilər.