"Son 3-4 gündür Rusiya və dəstəklədiyi qruplar, Türkiyə və dəstəklədiyi qruplara aid mövqelərə zərbələr endirir. Qarşılığında isə, Türkiyə və dəstəklədiyi qruplar Rusiya və dəstəklədiyi qruplara aid mövqeləri, PKK/YPG məskənlərini vurur".
Bu sözləri Unikal.org-a açıqlamasında politoloq Həşim Səhrablı son günlər Suriyada baş verən qarşıdurmalar və Türkiyənin şəhid verməsinə olan münasibəti zamanı deyib.
Həşim Səhrablı bildirib ki, hər iki dövlətin toqquşması paralelində Qarabağda da rus-erməni özbaşınalığı artıb:
"Türkiyə və Rusiya Suriyada güc nümayişini iki dövlətin toqquşmaması şərtlərində ən yüksək səviyyəyə çatdırıb. Vəziyyət o qədər də yaxşı sayılmaz. Paraleldə Qarabağda rus-erməni özbaşınalığı da artır.
Ancaq əsas odur ki, hazırda Suriyada vəziyyət kritik olaraq qalır. Hətta yerli güclərdən başqa, Türkiyə ordusu şəhid, Rusiya ordusu itki verib.
Ən maraqlısı isə odur ki, regional qüvvələr bir-birinə bombalar yağdırdığı zamanda, Qərb sakitliyi ilə diqqətdən kənardadır".