Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti bərpa olunub.
Unikal.org “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, ölkənin 5 iri şəhəri - Tbilisi, Batumi, Rustavi, Kutaisi və Zuqdididə bu gündən etibarən ictimai nəqliyyatın fəaliyyəti bərpa edilib.
Qeyd edək ki, Gürcüstanda koronavirusla bağlı vəziyyətin pisləşməsi səbəbindən avqustun 14-dən iri şəhərlərdə ictimai nəqliyyatın fəaliyyəti dayandırılmışdı.