İstanbul Bağcılar xəstəxanasında pasiyent əməliyyat zamanı həyatını itirib.
Unikal.org xəbər verir ki, 28 yaşlı İbrahim Gül adlı şəxs saç əkiminə görə İtaliyadan İstanbula gəlib. O, həkim məsləhəti ilə əməliyyata alınıb. Lakin İbrahim əməliyyat zamanı ölüb. Həkimlər onun infarkt keçirərək, öldüyünü bildiriblər.
Amma İbrahim Gülün həyat yoldaşı morqda cəsədə baxış keçirilməsini tələb edib. Belə ki, cəsədin qanlar içərisində olduğunu görən qadın, ərinin başqa səbəbdən öldüyünü bildirib. Bununla bağlı polisə şikayət edib.
İbrahimin həkimi DileK Özbək polis tərəfindən saxlanılıb.Faktla bağlı araşdırma aparılır.
Gülayə Mecid