Türkiyənin Muğla vilayətində ağır yol qəzası baş verib.
Unikal.org haberler.com-a istinadən xəbər verir ki, Bodrumdan yola çıxan və içərisində ukraynalı turistlərin olduğu avtobus Muğla-Denizli avtomobil yolunda şagirdlər üçün nəzərdə tutulan xidmət avtobusu ilə toqquşub.
Nəticədə, avtobusun sürücüsü hadisə yerində dünyasını dəyişib. Bununla yanaşı, 35 nəfərin yaralandığı bildirilir.