Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali komissarı Filippo Qrandi Əfqanıstana səfər edib.
Unikal.org xəbər verir ki, bu barədə BMT rəsmisi “Twitter” hesabında bildirib.
"Bu gün səhər Kabilə gəldim. Səfərim zamanı ölkənin mövcud humanitar ehtiyaclarını və 3,5 milyon köçkünün vəziyyətini qiymətləndirəcəyəm", - Qrandi yazıb.
O, BMT-yə və bölgədə bu problemlərin həlli üçün çalışan qeyri-hökumət və humanitar təşkilatların əməkdaşlarına minnətdarlığını bildirib.