İngiltərədədə yerləşən Hull qəbiristanlığından gələn görüntülər hər kəsi təəccübləndirib.
Unikal.org xəbər verir ki, rahibə geyimində olan qadın insan skeletləri ilə rəqs edərkən görüntülənib. Belə ki, qəbiristanlıqda qadının qəribə davranışlarını görən bir nəfər avtomobilini yolun kənarında saxlayıb. O, rahibənin bu hərəkətlərini anbaan lentə alıb. Şəxs daha sonra ərazidən uzaqlaşıb. O, gördüyü anları sosial mediada paylaşaraq, diqqət çəkib.
Qeyd edək ki, İngiltərə tarixində bir çox tanınmış şəxslərin dəfn edildiyi qəbiristanlıq 50 ildir ki, istifadə edilmir.
Gülayə Mecid