Slovakiyanın xarici işlər naziri İvan Korçok Ermənistana rəsmi səfər edəcək.

Unikal.org xəbər verir ki,  bu barədə  Ermənistan mətbuatı  məlumat yayıb.

Belə ki, Ermənistan və Slovakiya xarici işlər nazirlərinin görüşü sentyabrın 14-də Ermənistan Xarici İşlər Nazirliyində keçiriləcək.

Rəsmi səfər çərçivəsində nazirin Armen Sarkisyan və  Nikol Paşinyanla da  görüşü planlaşdırılır.

Gülayə  Mecid