Hindistanın Dehli şəhərində tikilməkdə olan 4 mərtəbəli binanın uçması nəticəsində dağıntılar altında adamlar qalıb.
Unikal.org xəbər verir ki, hadisə tikinti işlər gedən zaman baş verib. Dağıntılar altında ikisi uşaq olmaqla bir neçə nəfərin qaldığı ehtimal edilir.
Əraziyə xilasetmə qrupları cəlb olunub. Araşdırmalar davam etdirilir.