Pakistan Beynəlxalq Hava Yolları (PIA), "Taliban" Əfqanıstanı ələ keçirdikdən sonra Əfqanıstana ilk beynəlxalq kommersiya uçuşunu həyata keçirib.  

Unikal.org xəbər verir ki, bu  barədə  Pakistan mətbuatı  məlumat yayıb. Belə ki,  İslamabaddan Kabilə uçan təyyarə Əfqanıstana ilk beynəlxalq ticarət uçuşu olaraq qeydə  alınıb. 

Qeyd edək ki,  Əfqanıstana beynəlxalq ticarət uçuşları "Taliban" 15 avqustda Kabila girdikdən sonra dayandırılmışdı.