Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı artmaqda davam edir.
Unikal.org "Worldometer"ə istinadən xəbər verir ki, dünyada COVID-19-a 226 003 396 yoluxma aşkarlanıb.
Qeyd edilir ki, dünyada koronavirusdan ölənlərin ümumi sayı 4 651 424 nəfərə çatıb. Virusa yoluxan 202 648 053 pasiyentin isə həyatını xilas etmək olub.
Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Amerikada yoluxma sayı 42 milyonu ötüb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.