Ermənistanda serjant döyüş postunda ölüb, digər hərbçi yaralanıb.

Unikal.org-un xəbərinə görə, Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, sentyabrın 13-də saat 22.00-da serjant Mkrtiç Ovakimyan (1978-ci il təvəllüdlü) güllə yarası alıb. O, yerində ölüb. Yaralı əsgər isə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparlır.  

Hadisənin döyüş xidmətinin düzgün təşkil olunması qaydasının pozulması nəticəsində baş verdiyi ehtimal edilir.

Qeyd edək ki, ehtiyatda olan serjant M. Ovakimyan hərbi toplanışlara cəlb olunubmuş.

Gülayə Mecid