Gürcüstanda ötən sutkada koronavirusa 3 221 yeni yoluxma halı təsdiqlənib, 2 990 nəfər müalicə olunaraq sağalıb.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Son 24 saat ərzində daha 54 pasiyent vəfat edib.
Hazırkı dövrədək qonşu ölkədə 585 036 nəfərin COVID-19 infeksiyasına yoluxduğu müəyyən edilib. Onların 548 951-i sağalıb, 8 287-si ölüb.