Fələstinlilər işğal olunmuş Nablus şəhərində İsrail həbsxanalarında olan fələstinli məhbuslara dəstək olaraq nümayiş keçiriblər.
Unikal.org xəbər verir ki, fələstinlilər Havara keçid məntəqəsinə toplaşaraq İsrail tərəfindən sistematik təzyiq və işgəncələrə məruz qalan məhbusların qorunmasını tələb ediblər.
İsrail əsgərləri nümayişə rezin güllə və gözyaşardıcı qazla müdaxilə edərək 30 fələstinlini yaralayıb. Nablusdakı Fələstinli Qızıl Aypara nümayəndəsi Əhməd Cəbril, verdiyi açıqlamada, İsrail əsgərlərinin Nablusdakı nümayişə müdaxiləsi nəticəsində jurnalist və bir qadın da daxil olmaqla 10 nəfərin plastik güllə ilə vurulduğunu qeyd edib.
Gülayə Mecid