Ermənistanda son sutka ərzində daha 657 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 249 803 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 16 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 5034-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1180 nəfərdir.

Aktiv xəstələrin sayı 10 068 nəfər təşkil edir.