Türkiyənin Şırnak ərazisində kömür mədənində çalışan işçi maaşını ala bilməyəncə əsəbləşib.
Unikal.org haberler.com-a istinadən xəbər verir ki, işçi Hakan M. müdirindən maaşını tələb edib. Lakin müdir ona maaşı verməyincə, Hakan idarə etdiyi inşaat maşını ilə 5 Yük maşınını yararsız vəziyyə salıb.
Həmin anlar digər işçilər tərəfindən kameralara əks olunub. Ətrafdakı insanlar onu sakitləşdirmək istəsə də, buna nail ola bilməyiblər.
Gülayə Mecid