Hindistanın Qucarat əyalətində yağan güclü yağış nəticəsində 3 nəfər həyatını itirib, 5 nəfər itkin düşüb.

Unikal.org xəbər verir ki, güclü yağışlar Rajkot və Camnagar bölgələrində də daşqınlara səbəb olub.

İtkin düşənlərin axtarışı üçün xüsusi  xilasetmə  qrupları  cəlb olunub.   Bildirək ki,  Hindistan Meteorologiya İdarəsi yağışların sentyabrın 18-dək Qucarat əyalətində davam edəcəyini açıqlayıb. 

Gülayə  Mecid